logo
logo logo
logo

2030 Dünya Çempionatına damğa vura biləcək 10 futbolçu

13:21 - 27 İyul 2026

2030 Dünya Çempionatına damğa vura biləcək 10 futbolçu

Messi, Mbappe və Haaland kimi ulduzlar 2026-cı il dünya çempionatında öz izlərini qoyarkən, artıq diqqətlər 2030-cu ilə yönəlir.


Manset.az xəbər verir ki, Arda Gülər də FİFA-nın 2030-cu il dünya çempionatı üçün xüsusi qeyd etdiyi 23 yaşadək 10 istedadlı futbolçu sırasında yer alıb.

2026-cı il dünya çempionatı öz nəslinin ən böyük ulduzlarını bir araya gətirdi. Lionel Messi Argentinanı yenidən finala çıxardığı halda, Kilian Mbappe, Erlinq Haaland, Harri Keyn və Kriştiano Ronaldo turnirin ən çox müzakirə olunan futbolçuları sırasında oldular.

Mbappe və Haalandın 2030-cu ildə də mundialda çıxış edəcəyi gözlənilsə də, əsas diqqət həmin vaxta qədər dünya futbolunun yeni simalarına çevrilə biləcək gənc istedadlara yönəlib.

FİFA İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatında parlaması gözlənilən 23 yaşadək 10 futbolçunun siyahısını təqdim edib:

  • Yan Diomande (Fil Dişi Sahili)
  • Deziré Due (Fransa)
  • Estevao (Braziliya)
  • Arda Gülər (Türkiyə)
  • Gilberto Mora (Meksika)
  • Niko O'Rayli (İngiltərə)
  • Niko Pas (Argentina)
  • Yonas Urbiq (Almaniya)
  • Luka Vuşkoviç (Xorvatiya)
  • Lamin Yamal (İspaniya)

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az