SSKA-nın və Bolqarıstan Futbol İttifaqının sabiq prezidenti Valentin Mixov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu barədə danışıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, o,Xristo Yanevin komandasının mərhələ adlamaq üçün kifayət qədər güclü olduğunu bildirib:
Mixov Bakıdakı ilk oyunda SSKA-nın rəqibindən üstün oynadığını deyib: "Taktiki hazırlıq və məşqçilərin futbolçuları necə yerləşdirəcəyi çox önəmlidir. SSKA-nın kifayət qədər yaxşı oyunçuları var. Xristoya məsləhət verməyəcəyəm. Futbolçular özlərinə inanmalı, başlarını dik tutmalıdırlar. SSKA böyük klubdur. Onlar emblemin dəyərini hiss etməlidirlər. Özünəinam, ürək və ağılla oynamaq vacibdir.
"Qarabağ" yaxşı komandadır. Amma düşünürəm ki, Bakıda onları üstələmişdik. İndi də həmin oyunu təkrarlayıb ən azı 1-2 qol vurmalıyıq. Emosiyalar düşməndir. Xarakter göstərməliyik. Biz SSKA-yıq, heç kimdən qorxmuruq. Cümə axşamı meydana inamla çıxmalı, rəqibi əzməliyik. Geriyə yox, yalnız irəli oynamalıyıq. Bu matçda qələbə mütləqdir".