logo
logo logo
logo

"Fənərbağça"nın ümumi borcu açıqlandı – 27,9 milyard

13:45 - 01 Avqust 2026

\"Fənərbağça\"nın ümumi borcu açıqlandı – 27,9 milyard

Türkiyənin "Fənərbağça" klubunun ümumi borcu 27 milyard 961 milyon türk lirəsi (təxminən 1 milyard 159 milyon manat) təşkil edir.


Manset.az xəbər verir ki, bu barədə klubun Nəzarət Şurasının sədri Mehmet Vodina Ali Divan Şurasının İstanbulda keçirilən iclasında məlumat verib.

O bildirib ki, 1 iyun 2025-ci il – 31 may 2026-cı il dövrünü əhatə edən maliyyə hesabatına əsasən, klubun qısamüddətli öhdəlikləri 17 milyard 195 milyon lirə (təxminən 713 milyon manat), uzunmüddətli öhdəlikləri isə 10 milyard 766 milyon lirə (təxminən 446 milyon manat) təşkil edir.

Beləliklə, "Fənərbağça"nın ümumi öhdəliklərinin həcmi 27 milyard 961 milyon türk lirəsinə (təxminən 1 milyard 159 milyon manat) çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az