logo
logo logo
logo

Mourinyodan Arda Güleri məyus edən QƏRAR

17:08 - 05 Avqust 2026

Mourinyodan Arda Güleri məyus edən QƏRAR

Türkiyə millisinin futbolçusu Arda Gülər baş məşqçi Joze Mourinyonun qərarından sonra məyusluq yaşayıb. Bu qərarın fonunda "Real Madrid"də heyətlə bağlı planların dəyişdiyi bildirilir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Real Madrid"də Joze Mourinyonun baş məşqçi vəzifəsinə təyin olunmasından sonra Arda Gülərin gələcəyi də maraq doğururdu. Mövsüm öncəsi hazırlıq oyunlarında uğurlu çıxışı ilə diqqət çəkən milli futbolçu barədə Mourinyo yeni qərar qəbul edib.

Arda Gülər iyulun 13-də başlayan mövsüm öncəsi hazırlıq toplanışına qoşulan ilk futbolçu olub. O, indiyədək keçirilən yoldaşlıq oyunlarında nümayiş etdirdiyi performansla həm azarkeşlərin, həm də məşqçilər korpusunun rəğbətini qazanıb. Bildirilir ki, Joze Mourinyo da futbolçunun çıxışından razıdır.

İspaniya mətbuatının məlumatına görə, Mourinyo Şabi Alonso və Alvaro Arbeloanın dövründə əsasən mərkəz yarımmüdafiəçisi kimi çıxış edən Arda Güləri hücum xətti üçün alternativ oyunçulardan biri hesab edir.

Məlumata əsasən, "Real Madrid" Yan Diomande və Rodri transferlərini başa çatdırmaq üçün danışıqları davam etdirir. "Defensa Central" nəşri yazır ki, hər iki transfer reallaşacağı təqdirdə Arda Gülər və komandaya yeni qoşulan Bernardu Silva əsasən ehtiyat oyunçular skamyasında yer alacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az