“Mançester Yunayted” Kolumbiyanın yüksək liqa təmsilçisi “Fortalesa”dan gənc yarımmüdafiəçi Kristian Oroskonu transfer edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ötən mövsüm “Fortalesa”nın əsas heyətində 5 matçda meydana çıxıb. O, Kolumbiyanın U-17 yığmasına müntəzəm dəvət alır.
Gənc futbolçu əvvəlcə "Mançester Yunayted"in akademiyasında məşq edəcək.