logo
logo logo
logo

"Qızıl top" mükafatına namizədlərin TAM SİYAHISI

19:43 - 08 Sentyabr 2026

\"Qızıl top\" mükafatına namizədlərin TAM SİYAHISI

"France Football" jurnalı 2025/2026 mövsümünün yekunlarına əsasən futbol üzrə "Qızıl top" mükafatına bütün namizədlərin adlarını açıqlayıb.


Manset.az Report-a istinadən xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb.

Siyahıda yer alan futbolçuları təqdim edirik:

Müdafiəçilər: Mark Kukurelya ("Real" Madrid), Pau Kubarsi ("Barselona"), Dayo Upamekano ("Bavariya"), Uilyam Saliba, Qabriel Maqalyaynş (hər ikisi "Arsenal"), Markinyos, Əşrəf Hakimi , Uilyam Paço, Nuno Mendeş (hamısı PSJ)

Yarımmüdafiəçilər: Cud Bellinqem ("Real" Madrid), Deklan Rays ("Arsenal"), Brunu Fernandeş ("Mançester Yunayted"), Joao Neveş, Vitinya, Fabian Ruiz (hamısı PSJ), Rodri ("Barselona")

Hücumçular: Usman Dembele, Xviça Kvaratsxeliya, Ferran Torres (hamısı PSJ), Lamin Yamal ("Barselona"), Sadio Mane ("Əl-Nəsr"), Lautaro Martines ("İnter"), Kilian Mbappe ("Real"), Erlinq Holann ("Mançester Siti"), Lionel Messi ("İnter Mayami"), Harri Keyn ("Bavariya"), Luis Dias ("Bavariya"), Maykl Olise ("Bavariya"), Xulian Kinyones ("Əl-Qadsiyə").

Qeyd edək ki, bir klubdan ən çox futbolçunun namizəd göstərilməsi üzrə rekord PSJ-yə məxsusdur. Fransa təmsilçisindən 10 futbolçu "Qızıl top"a namizəd olub. 2025-ci ildə bu klubdan 9 futbolçu mükafata namizəd göstərilmişdi. Əvvəlki rekord isə 2018-ci ildə 8 futbolçu ilə İspaniyanın "Real" klubuna məxsus olub.

"Qızıl top" mükafatı "France Football" jurnalının sabiq baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. Mükafat ilk dəfə 1956-cı ildə İngiltərənin "Blekpul" klubunun hücumçusu Stenli Metyuza təqdim olunub. Həmin vaxt qalib futbol jurnalistlərinin səsverməsi ilə müəyyənləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az