logo
logo logo
logo

“Mançester Yunayted” onun müqaviləsini uzatdı

00:30 - 28 Noyabr 2026

“Mançester Yunayted” onun müqaviləsini uzatdı

“Mançester Yunayted” kapitanı Bruno Fernandeşlə müqavilənin müddətini artırıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı portuqaliyalı yarımmüdafiəçinin sözləşməsindəki xüsusi bənddən istifadə edən klub onunla əməkdaşlığı 2028-ci ilin iyununa qədər uzadıb. Əvvəlki müqavilə 2027-ci ilin yayında başa çatmalı idi.

Bununla belə, yeni müqavilə Fernandeşin gələn mövsüm də komandada qalacağına zəmanət vermir. “Mançester Yunayted” bu addımla futbolçunun mümkün transferindən maliyyə baxımından qazanc əldə etməyi təmin etmək istəyir.

Portuqaliyalı futbolçuya Avropa və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi bildirilir. İngiltərə təmsilçisi artıq onun mümkün əvəzləyicilərinin siyahısını da hazırlayıb. Namizədlər arasında daha əvvəl “Komo”nun yarımmüdafiəçisi Niko Pasın da adı çəkilib.

Fernandeş cari mövsümdə “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az