AAAF-dan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq federasiyaya rəsmi bəyanat

12:01 - 15 Aprel 2023

AAAF-dan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq federasiyaya rəsmi bəyanat

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Avropa Ağır Atletika Federasiyasına və Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Reporta eksklüziv açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Hazırda İrəvanda olan federasiya rəsmisi baş vermiş hadisə ilə bağlı rəhbərliyin öz mövqeyini bildirdiyini söyləyib:

“Beynəlxalq Ağır Atletika Federasiyasının birbaşa prezidentinə, eyni zamanda, Avropa Ağır Atletika Federasiyasına fikirlərimizi bildirmişik, sərt etirazımızı etmişik. Onlardan buna reaksiya verməyi, qərar verməyi tələb etmişik. Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanı beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az