Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

14:54 - 15 Aprel 2023

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğa oynayan “Mançester Siti” “Lester”i sınağa çəkəcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq. Lider “Arsenal” sabah saat 17:00-da “Vest Hem”in qonağı olacaq. “Mançester Yunayted” isə səfərdə “Nottingem”in müqavimətini qırmağa çalışacaq.

Fransa Liqa 1-də lider PSJ ən yaxın izləyicisi “Lans”la münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlanacaq.

Almaniya Bundesliqasında çempionluğa oynayan “Bavariya” və “Borussiya” eyni gündə, eyni saatda meydana çıxacaqlar. Bu gün 17:30-da baş tutacaq qarşılaşmalarda Münhen klubu “Hoffenhaym”ı əliboş yola salmağa çalışacaq, Dortmund təmsilçisi isə “Ştutqart” səfərində uğur əldə etmək istəyəcək.

İtaliya A Seriyasında lider “Napoli” bu gün öz meydanında “Verona”nı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. Saat 17:00-da “Milan” “Bolonya” səfərində meydana çıxacaq, 22:45-də isə “İnter” “Montsa” ilə üz-üzə gələcək. Sabah “Yuventus” “Sassuolo”nun qonağı olacaq, “Roma” isə  “Udineze”ni qəbul edəcək.

İspaniya La Liqasında bu gün saat 23:00-da “Real Madrid” “Kadis”in qonağı olacaq. Lider “Barselona” sabah meydana çıxacaq. Katalonlar saat 18:15-də səfərdə “Xetafe” ilə üz-üzə gələcəklər. “Atletiko” isə “Almeriya”nı sınağa çəkəcək.

Türkiyə Super Liqasında bu gün “Fənərbağça” “Ankaragücü”nün müqavimətini qırmağa çalışacaq. Matç saat 21:30-da başlayacaq. Sabah isə “Beşiktaş” uğursuz mövsüm keçirən “Trabzonspor”un qonağı olacaq.

Həftəsonunun ən maraqlı oyunları

15 aprel

İngiltərə Premyer Liqası

20:30. “Mançester Siti” - “Lester”

Fransa Liqa 1

23:00. PSJ - “Lans”

Almaniya Bundesliqası

17:30. “Bavariya” - “Hoffenhaym”

17:30. “Ştuttqart” - “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

17:00. “Bolonya” - “Milan”

20:00. “Napoli” - “Verona”

22:45. “İnter” - “Montsa”

İspaniya La Liqası

23:00. “Kadis” - “Real Madrid”

Türkiyə Super Liqası

21:30. “Fənərbağça” - “Ankaragücü”

16 aprel

Premyer Liqa

17:00. “Vest Hem” - “Arsenal”

19:30. “Nottingem” - “Mançester Yunayted”

A Seriyası

20:00. “Sassuolo” - “Yuventus”

22:45. “Roma” - “Udineze”

La Liqa

18:15. “Xetafe” - “Barselona”

20:30. “Atletiko” - “Almeriya”

Super Liqa

21:30. “Trabzonspor” - “Beşiktaş”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az