Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisindən sonra ölkədə yarana biləcək siyasi abu-havaya görə Çempionlar liqasının final matçının İstanbuldan alına biləcəyi iddia edilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, UEFA açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini və finalın iyunun 10-da İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcəyini bildirib.
Qeyd edək ki, "Daily Mail"in Türkiyədə keçiriləcək prezident seçkisindən sonra ölkədə yarana biləcək qarışıqlıq səbəbindən UEFA-nın Çempionlar Liqasının finalını İstanbuldan alına biləcəyini iddia etmişdi.