İdmançılarımız beynəlxalq turnirdə iştirak edəcəklər

18:03 - 12 May 2023

İdmançılarımız beynəlxalq turnirdə iştirak edəcəklər

Batut gimnastikası üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Golden Jump” beynəlxalq turnirində iştirak edəcək.

 

Azərbaycan Gimnastika Federasiyasından Manset.az-a verilən məlumata görə, yığma üzvləri bu məqsədlə Gürcüstana yola düşüblər.

Komandanın heyətində Fərhad Mustafayev, Samirə Hüseynova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Nicat Mirzəyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev və Selcan Mahsudova qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, “Golden Jump” turniri mayın 16-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az