Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.
Manset.az xəbər verir ki, komanda Ermənistanda "Ararat-Armenia"nın qonağı olub.
İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.
Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.
Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.
***20:16
Albaniya "Eqnatiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanda "Ararat-Armenia" klubuna qarşı UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda meydana çıxıb.
Manset.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 59-cu dəqiqədə şans qazanıb.
O, Gutis Paulauskası əvəzləyib.
Qeyd edək ki, "Eqnatiya" hazırda 0:1 hesabı ilə uduzur.