Azərbaycanlı FIFA referisinin köməkçiləri açıqlanıb

20:19 - 14 İyul 2023

Azərbaycanlı FIFA referisinin köməkçiləri açıqlanıb

Rumıniyada ÇFR və Türkiyənin "Adana Demirspor" komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək Elçin Məsiyevin köməkçiləri müəyyənləşib.

 

Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçın laynsmanları Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az