Dünya Qadın Seriyası: "Neftçi" Priştina mərhələsinə qələbə ilə başlayıb

22:32 - 14 İyul 2023

Dünya Qadın Seriyası: \"Neftçi\" Priştina mərhələsinə qələbə ilə başlayıb

3x3 basketbol üzrə Azərbaycan millisi və "Neftçi" Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində mübarizəyə başlayıb.

 

Manset.az-ın məlumatına görə, B qrupunda ilk oyununu keçirən yığma ABŞ seçməsinə böyük hesabla uduzub - 3:22.

D qrupunda qərarlaşan "Neftçi" isə turnirə qələbə ilə start verib. Paytaxt klubu ilk görüşdə Niderlanda 11:6 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi qrupdakı növbəti oyununu Bakı vaxtı ilə saat 23:25-də Macarıstanın "Qyor" klubuna, "Neftçi" isə Bakı vaxtı ilə saat 00:45-də Kosova yığmasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az