"Barselona" 2023-2024 mövsümü üçün yeni səfər formasını tanıdıb.
Manset.az xəbər verir ki, forma klubun rəsmi saytında təqdim edilib.
Forma ağ rəngdə hazırlanıb, qollarında qırmızı və mavi zolaqlar var.
Yeni forma "Barselona"nın 1970-ci illərdəki səfər forması kimidir. 1977-78 mövsümündə bu formanı geyinən oyunçulardan biri əfsanəvi Yohan Kroyff olub.
Qeyd edək ki, Kataloniya təmsilçisi 2023-2024 mövsümündə ilk oyununu La Liqada səfərdə "Xetafe"yə qarşı keçirəcək. Görüş avqustun 13-ü oynanılacaq.
Aygün
Manşet.az