Basketbolçularımız Avropa çempionatının finalında

22:07 - 26 İyul 2023

Basketbolçularımız Avropa çempionatının finalında

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda finala yüksəlib.

 

Manset.az xəbər verir ki , yığma yarımfinalda Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Milli komandanın finaldakı rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq. İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az