"Qarabağ"da daha bir itki

00:04 - 27 İyul 2023

\"Qarabağ\"da daha bir itki

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

 

Manset.az xəbər verir ki, cinah müdafiəçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən Polşa "Rakov"u ilə ilk oyunda sıradan çıxıb. Əzələsi dartlan 22 yaşlı müdafiəçi 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.

Onun durumu tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək.

Xatırladaq ki, "Qarabağ"ın digər cinah müdafiəçisi Marko Veşoviç də zədəlidir. O, ən azı 3-4 həftə meydana çıxa bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az