Mbappe Səudiyyə Ərəbistanı klubu ilə danışıqlardan imtina etdi

12:17 - 27 İyul 2023

Mbappe Səudiyyə Ərəbistanı klubu ilə danışıqlardan imtina etdi

PSJ-nin futbolçusu Kilian Mbappe Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçmək istəmir.

 

Manset.az xəbər verir ki, sözügedən klub 24 yaşlı hücumçunu transfer etmək üçün Paris təmsilçisinə 300 milyon avro təklif edib. Fransızlar təklifə isti yanaşıblar. “Əl-Hilal” nümayəndələri futbolçu ilə görüşmək üçün Parisə gediblər. Lakin forvard danışıqlardan imtina edib və onlarla görüşməyib.

Məlumata görə, Mbappenin ailəsi onun təklifi qəbul etməsini istəyir. Ancaq futbolçu Avropada qalmaq fikrindədir.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Bu yay onun “Real Madrid”ə keçəcəyi ilə bağlı məlumatlar var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az