David Silva karyerasını bitirdi

18:17 - 27 İyul 2023

David Silva karyerasını bitirdi

İspaniya millisinin sabiq üzvü David Silva karyerasını başa vurub.

 

Manset.az xəbər verir ki, "Real Sosyedad"ın 37 yaşlı yarımmüdafiəçisi bunu sosial şəbəkə hesabında açıqlayıb. Dizindən ağır zədə alan futbolçu qərarı ilə bağlı bildirib:  "Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam".  
 
Qeyd edək ki, 2010-2020-ci illərdə "Mançester Siti"də çıxış edən yarımmüdafiəçi 309 oyunda meydana çıxıb və 60 qol vurub. O, "şəhərlilər"lə 4 dəfə İngiltərə çempionu olub. Silva 2020-ci ildən "Real Sosyedad"da oynayırd. O, "Valensiya", "Eybar" və "Selta"da çıxış ediib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az