"Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Manset.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr "Omoniya"sını qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.
Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib. O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 62-ci dəqiqədə Əyyub Əllaş özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.
Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub.
Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.
***21:50
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar hesabda önə keçiblər.
82-ci dəqiqədə Roman Bezus penaltini dəqiq yerinə yetirməklə het-trik edib.
***21:40
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
Əyyub Əllaş 62-ci dəqiqədə özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.
***21:27
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar hesabda önə keçiblər - 2:1.
50-ci dəqiqədə Roman Bezus ikinci dəfə cərimə zərbəsini dəqiq yerinə yetirib.
***21:08
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, hələlik hesab bərabərdir - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş 2-ci dəqiqədə hesabı açıb. Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.
***21:00
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Manset.az xəbər verir ki, tərəfər fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş 2-ci dəqiqədə hesabı açıb. Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.
***20:47
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib.
Roman Bezus 45+1-ci dəqiqədə fərqlənib.
***20:06
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda erkən qol vurulub.
Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.
Əyyub Əllaş qonaqları məyus edib.
***20:00
"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.
Manset.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.
Görüşü rumıniyalı Andrey Çivulete idarə edir. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.
***18:59
Qəbələdə eyniadlı komanda ilə Kipr "Omoniya"sı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün heyətlər müəyyənləşib.
Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Urfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Əllaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla
Baş məşqçi: Elmar Baxşıyev
"Omoniya": 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyos Sipriano, 31. Yoannis Kusulos, 8. Moretu Kassama, 10. Loizos Loizu, 90. Roman Bezus, 7. Villi Semedu, 18. Kərim Ansarifard
Baş məşqçi: Sofronis Avqusti
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.