İkardi "Qalatasaray" üçün İstanbula yola düşdü

12:26 - 28 İyul 2023

İkardi \"Qalatasaray\" üçün İstanbula yola düşdü

Argentinalı ulduz futbolçu Mauro İkardi İstanbul klubuna qayıdır.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, İkardi və ailəsini İstanbula gətirəcək təyyarə Buenos Ayresdən havaya qalxıb.

Argentinalı hücumçunun bu axşam Türkiyədə olacağı bildirilir.

Məlumatda "Qalatasaray"ın bu transfer üçün PSJ-yə 10 milyon avro ödəyəcəyi qeyd olunub.

Xatırladaq ki, İkardi ötən mövsüm icarə əsasında forma geyindiyi "Qalatasaray"da 26 oyunda 23 qol vurub, 8 məhsuldar ötürmə edib.

30 yaşlı forvardın Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az