Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Zaqreb “Dinamo”sunda növbəti qolunu vurub.
Manset.az xəbər verir ki, gənc hücumçu hazırda davam edən ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyununda Qazaxıstan “Astana”sının qapısına yol tapıb.
O, 24-cü dəqiqədə fərqlənməklə hesabı açıb.
Matç bitdi. Xorvatiya təmsilçisi 2:0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.