"Neftçi"dən avrokubok oyunundan öncə maraqlı paylaşım - VİDEO

14:45 - 03 Avqust 2023

\"Neftçi\"dən avrokubok oyunundan öncə maraqlı paylaşım - VİDEO

"Neftçi" UEFA Konfrans Liqasında Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə keçiriləcək cavab oyunu ərəfəsində maraqlı videoçarx paylaşıb.

 

Manset.az xəbər verir ki, videoçarx "Neftçi TV" vasitəsilə yayımlanıb.

Videoda "ağ-qaralar"ın dəyərləri və hədəflərinin dəyişməz olaraq qaldığı qeyd olunub.

Qeyd edək ki, "Neftçi" - "Jelezniçar" matçı 8-ci km stadionunda, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Sarayevoda baş tutan ilk qarşılaşmada 2:2 hesabı qeydə alınıb.

"Neftçi" Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk oyununu avqustun 6-da səfərdə "Kəpəz"lə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az