“RAMS Başakşehir” Futbol Klubunun sosial şəbəkədəki İsrail paylaşımından sonra yollarını ayırdığı israilli futbolçu Edin Karzevin yeni ünvanı məlum olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Maccabi Tel-Aviv, satın alma opsiyonu ilə Başakşehirdən Edin Karzevi icarəyə götürdüyünü açıqlayıb.
Karzev açıqlamasında: "Karyerama başladığım kluba qayıtdığım üçün çox xoşbəxtəm. Komandanın mümkün qədər çox çempionluq qazanmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm. Komanda yoldaşlarım və azarkeşlərlə görüşü səbirsizliklə gözləyirəm" deyib.
Əfsanə
Manşet.az