DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdilər - FOTO

14:17 - 26 Fevral 2024

DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdilər - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.

 

Bu barədə Manset.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub:

"Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az