AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad etdi - FOTO

17:17 - 26 Fevral 2024

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad etdi - FOTO

26 fevral 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Bu il faciənin 32-ci ildönümüdür.
 

Manset.az xəbər verir ki, AZAL-ın əməkdaşları “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az