Naməlum şəhidin kimliyi illər sonra bilindi - FOTOLAR

23:00 - 05 İyun 2024

Naməlum şəhidin kimliyi illər sonra bilindi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş Zərdab rayonunun Təzəkənd kənd sakini Zakir İsaqov doğulub boya-başa çatdığı kəndin qəbirstanlığında dəfn olunub.

 

Manset.az xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Z.İsaqov Tərtər Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az