Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 3 gün əvvəl batan şəxsin meyiti tapılıb.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, iyunun 3-də “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində bir nəfər vətəndaşın çimərkən suda batması barədə məlumat daxil olub.
Həyata keçirilmiş intensiv axtarış tədbirləri nəticəsində iyunun 6-da Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlunun cəsədi Kür çayının Salyan rayonu, Yuxarı Noxudlu kəndinin ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.