Anar Quliyev Ağsuda vətəndaşları qəbul edib

15:27 - 11 İyun 2024

Anar Quliyev Ağsuda vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu iyunun 11-də Ağsu şəhərində keçirib.

 

Manset.az-a komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Sonra Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edən Anar Quliyev tikintinin planlaşdırılması, tikinti və istismara icazə icraatı ilə bağlı vətəndaşların suallarını cavablandırıb, Komitənin bu məqsədlə yaratdığı elektron sistemdən istifadənin üstünlükləri barədə məlumat verib.

Səfər çərçivəsində Komitə sədri Anar Quliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla da görüşüb. Görüş zamanı şəhərin Baş Planının icra vəziyyəti, ictimai məkanların yaradılması, mənzil tikintisi imkanları və digər şəhərsalma məsələləri ətrafında geniş müzakirə aparılıb.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az