Elçin Quliyev bu yüksək vəzifəli polkovniki işdən çıxardı - FOTO

15:28 - 26 Noyabr 2021

Elçin Quliyev bu yüksək vəzifəli polkovniki işdən çıxardı - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Kənan Yusifzadə ehtiyata buraxılıb.

Manset.az report-a istinadən xəbər verir ki, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, K.Yusifzadə hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə göndərilib.

Hələlik DSX-nin Tibb Xidmətinə yeni rəis təyin edilməyib.

Qeyd edək ki, K.Yusifzadə hazırda Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində ümumi cərrah vəzifəsində çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az