Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkında - FOTOLAR

15:59 - 05 May 2025

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkında - FOTOLAR

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib.

 
Manset.az xəbər verir ki, səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Ağdam Sənaye Parkının məsul əməkdaşları ilə görüş keçirilib. Görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov görüşdə çıxış edərək Universitetin regionun inkişafında oynadığı roldan, elm və sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Rektor sənaye parkı ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Ş.Bayramov bu cür əməkdaşlıqların Qarabağ Universitetinin tədris və tədqiqat fəaliyyətinə töhfə verəcəyini, eyni zamanda tələbələrin istehsalat təcrübəsi və gələcək karyera imkanları baxımından faydalı olacağını qeyd edib.

Səfər zamanı nümayəndə heyəti Parkın rezidenti olan müəssisələrdə yaradılmış müasir istehsal prosesləri ilə yerində tanış olub. Onlara tətbiq olunan vergi güzəştləri, məhsul satışları və ixrac imkanları barədə də ətraflı məlumat verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv