logo
logo logo
logo

Astarada çəltik biçini başladı - FOTOLAR

19:00 - 21 Avqust 2026

Astarada çəltik biçini başladı - FOTOLAR

Cənub bölgəsində ilk çəltik biçini Astara rayonunda başlayıb. 


Manset.az xəbər verir ki, çəltik sahələrində biçin kampaniyasına avqust ayında start verib. Bu il 253,55 hektar ərazidə çəltik əkilib. Əlverişli hava şəraiti və vaxtında aparılan aqrotexniki tədbirlər məhsuldarlığın yüksək olmasına imkan verib. Fermerlər həm sahələrdə, həm də emal prosesində yeni texnologiyalardan istifadə edirlər. Artıq 20 hektar ərazidə biçin aparılıb.

Astaranın çəltik sahələrində ilin zəhməti artıq məhsula çevrilir. Avqustun 10-dan başlayan biçin işləri rayonun müxtəlif kəndlərində davam etdirilir. Ərçivan, Kakalos, Pensər, Səncərədi, Şiyəkəran və Suparıbağı kəndlərində yetişdirilən çəltik xüsusi kombaynlarla yığılır.

Məhsulun yığımından sonra əsas mərhələlərdən biri qurudulmadır. Çəltik bir neçə gün günəş altında saxlanılır, daha sonra soyudularaq emal üçün hazırlanır.

Bu mövsüm rayonda əsasən “Haşimi”, “Apola” və digər çəltik sortları becərilib. ümumi göstəricilər də ötən illə müqayisədə məhsul  artıb.

Qeyd edək ki, rayon ərazisində 253,55 hektar ərazidə çəltik əkilib. Hazırda biçinə 10 gündür ki, başlanılıb və davam edir. Bu günə qədər 20 hektar ərazidə biçin aparılıb. Hektardan məhsuldarlıq 41 sentner olub. Məhsuldarlığın daha da artacağı gözlənilir.

Rayon ərazisində əsasən “Haşimi”, “Apola” və digər sortlar əkilir. Biçin zamanı kombaynla bağlı heç bir problem yoxdur, kombaynla təmin olunuruq. Əlbəttə, əlverişli hava şəraiti keçdi, məhsuldarlıq da çox yüksəkdir. Biz proqnoz olaraq 300 hektar vermişik. Bir çox səbəblərdən əkilmədi. Növbəti ildə 320 hektara çatdırılması nəzərdə tutulub.

Sahələrdə məhsulun orta məhsuldarlığı hektardan 41 sentnerdir. Ötən il isə 298,5 hektar sahədən 1 225,5 ton çəltik əldə edilmişdi.

İndi yığılan məhsulun növbəti ünvanı emal sexidir. Burada çəltik xüsusi avadanlıqlar vasitəsilə bir neçə mərhələdən keçirilir.

Emaldan sonra məhsul artıq satış üçün hazır vəziyyətə gətirilir. Astara düyüsünün əsas üstünlüklərindən biri onun yerli şəraitdə yetişdirilməsi və keyfiyyət göstəricilərinin yüksək olmasıdır. Fermerlərin sözlərinə görə, çəltikçiliyin inkişafı üçün əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, texniki imkanların artırılması da vacibdir. Növbəti ildə isə əkin sahələrinin 320 hektara çatdırılması planlaşdırılır. Bu isə qədim çəltikçilik ənənələrinin müasir texnologiyalarla birləşərək daha böyük məhsul istehsalına çevrilməsi deməkdir.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az