logo
logo logo
logo

İşləyən şəxslərin pensiyaları yenidən hesablanacaq?

08:15 - 24 Avqust 2026

İşləyən şəxslərin pensiyaları yenidən hesablanacaq?

İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 deyil, dörd ildən bir hesablanması təklif edilir.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

O qeyd edib ki, işləyən vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.

Deputatın sözlərinə görə, Milli Məclisdə aparılan müzakirələr zamanı təkliflərdən biri də 6 illik müddətin 4 ilə endirilməsidir.

Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az