logo
logo logo
logo

3 gün əvvəl restoranda döyülmüşdü - Bu gün öldü

23:15 - 05 Oktyabr 2026

3 gün əvvəl restoranda döyülmüşdü - Bu gün öldü

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb.

Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yaralı bir neçə gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az