Ağstafa şəhidi ilə vidalaşır

10:23 - 06 Avqust 2022

Ağstafa şəhidi ilə vidalaşır

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

Manset.az-ın məlumatına görə, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az