İsraildə canlı yayım zamanı türkiyəli jurnalist Emrah Çakmak və operator Halil Kahraman saxlanılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik isə "İsrail qüvvələrinin CNN Türk jurnalisti Emrah Çakmak və kameraman Halil Kahramanı saxlaması, mətbuat azadlığına hücumdur" - deyib.
Rabitə Naziri Burhanettin Duran açıqlamasında "İsrailin həqiqəti gizlətmək üçün mətbuata yönəltdiyi hücumlardan biri ilə daha qarşı-qarşıyayıq. CNN Türk jurnalisti Emrah Çakmak və kameraman Halil Kahramanın İsraildə saxlanıldığını öyrəndim. Jurnalist həmkarlarımızın tezliklə azadlığa buraxılması üçün lazımi addımları atır və bu məsələyə həssas yanaşırıq" - qeyd edib.