Tehran yenidən partlayış səsləri ilə sarsılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində iki gün əvvəl müvəqqəti Müdafiə Naziri vəzifəsinə təyin olunan Məcid Ebnelezanın öldüyü iddia olunur. Məlumata görə, Kirman şəhərindəki hava bazasına raket hücumu nəticəsində 13 hərbçi həyatını itirib.
Eyni zamanda, İranın cavab hücumları da davam edir.
İsrail ordusundan verilən açıqlamada, "Bir az əvvəl İsrail ordusu Tehran şəhərində yüksək vəzifəli bir İranlı terror rejimi komandanını vurdu" - ifadəsi yer alıb. Açıqlamada hədəf alınan şəxsin kimliyi barədə məlumat verilmir.