ABŞ-də Kaliforniya və Nyu-Yorkun da daxil olduğu 30 ştatın “Meta” şirkətinə qarşı uşaqların məxfiliyinin qorunması ilə bağlı qaldırdığı məhkəmə işində dinləmələr başlayır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ştatlar şirkəti gənc istifadəçiləri hədəfə almaqla onları platformalardan asılı vəziyyətə salmaqda ittiham edir. İddia üzrə “Meta”dan 1 trilyon dollardan çox təzminat tələb olunur.
Məhkəmə prosesi şirkətin əleyhinə nəticələnərsə, “Instagram” və “Facebook” platformalarında genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsi tələb oluna bilər.
Sözügedən dəyişikliklərin uşaqların və yeniyetmələrin platformalardan istifadəsi, eləcə də onların şəxsi məlumatlarının qorunması ilə bağlı qaydalara təsir göstərə biləcəyi bildirilir.