Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Manset.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, zərbə nəticəsində yanğın baş verib.
Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.
"Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib", - Qanja qeyd edib.
Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və bu say arta bilər.