Ukraynanın cənubundakı Nikolayev şəhərində partlayış baş verib.
Manset.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç Teleqram kanalında məlumat verib.
“Nikolayevdə partlayış səsi eşidilib”, – mer bildirib.
Hazırda Nikolayev vilayətində hava həyəcanı elan olunub.
Bundan başqa, Dnepropetrovsk, Kirovoqrad, Odessa, Poltava, Sumı, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində də hava həyəcanı siqnalları verilir.