logo
logo logo
logo

“Şimal axını”nı Ukrayna partlatmayıb - Zelenski

21:20 - 23 Avqust 2026

“Şimal axını”nı Ukrayna partlatmayıb - Zelenski

"Ukrayna "Şimal axını" qaz kəmərlərinin 2022-ci ildə partladılmasında iştirak etməyib."


Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

    Zelenski mətbuat konfransında "Şimal axını-2"nin partladılması ilə bağlı istintaqın davam etdiyini deyib.

    "Ukraynanın bununla heç bir əlaqəsi yoxdur. Baş verənlərin təfərrüatları isə istintaqın predmetidir", – Zelenski bildirib.

    O qeyd edib ki, Kiyev bu məsələ ilə bağlı Almaniya və digər tərəfdaşlarla yüksək səviyyədə əlaqə saxlayır və istintaqa kömək etməyə hazırdır.

    Məlumata görə, "Şimal axını" partlayışları ilə bağlı Ukrayna vətəndaşları da saxlanılıb. Bununla belə, Ukrayna Baş Prokurorluğu kəmərlərin partladılmasında Ukraynanın iştirakının müəyyən edilmədiyini açıqlayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az