logo
logo logo
logo

Dəhşətli torpaq sürüşməsi - 30 ölü, 22 yaralı

10:20 - 24 Avqust 2026

Dəhşətli torpaq sürüşməsi - 30 ölü, 22 yaralı

Qvineyanın paytaxtı Konakridə güclü yağışlardan sonra tullantıların toplandığı ərazidə torpaq sürüşməsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Qvineya hökumətinin yaydığı açıqlamada bildirilib ki, sürüşmə yerli vaxtla saat 02:00 radələrində baş verib. Yaralanan 22 nəfərdən 6-nın vəziyyətinin ağır, 16-nın isə yüngül olduğu qeyd edilib.

Hadisənin Konakridəki Gbessia rayonunda baş verdiyi, ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, uçan nəhəng tullantı yığını yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasını və ətrafdakı daha kiçik tikililəri tamamilə basdıracaq qədər böyük olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az