logo
logo logo
logo

Yaponiyanın Baş naziri hökumətdə dəyişikliklər etdi

18:23 - 17 Sentyabr 2026

Yaponiyanın Baş naziri hökumətdə dəyişikliklər etdi

Yaponiyanın Baş naziri Sanae Takaici hökumətdə dəyişikliklər edərək əsas vəzifələrdə çalışan bəzi nazirləri vəzifələrində saxlayıb, koalisiya tərəfdaşı olan Yaponiya İnnovasiya Partiyasından (JIP) isə yeni şəxsi hökumətə daxil edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Takaicinin yeni hökumətində xarici işlər naziri Toşimitsu Motegi, maliyyə naziri Satsuki Katayama, müdafiə naziri Şinjiro Koizumi, iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava, həmçinin Nazirlər Kabinetinin baş katibi Minoru Kihara vəzifələrini davam etdirəcəklər.

Buna əsasən, Daxili İşlər və Rabitə Nazirliyində Yoşimasa Hayaşinin yerinə Hisayuki Fuci, Ədliyyə Nazirliyində Hiroşi Hiraquçinin yerinə Takasi Yamaşita, Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində isə Yohei Matsumotonun yerinə Yoşihiro Seki təyin olunub.

Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyində Norikazu Suzukini Kazuo Yana, Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyində Yasuşi Kanekonu Tatsunori İbayasi, Ətraf Mühit Nazirliyində isə Hirotaka İşiharanı Hiroyoşi Sasakava əvəz edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az