İstanbulun Sarıyer rayonunda 14 yaşlı yeniyetmə aralarında əvvəllər ədavət olan şəxsə gözdağı vermək məqsədilə küçənin ortasında "Kalaşnikov" markalı avtomatla havaya atəş açıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan şübhəlinin silahı tərk edilmiş bir binada, divan süngərinin içində gizlətdiyi üzə çıxıb. Hadisə ilə bağlı qanunsuz tapança gəzdirən B.S. (17) və polisə müqavimət göstərən daha 3 şübhəli də gözaltına alınıb.
Hadisə dünən saat 21:30 radələrində Çayırbaşı məhəlləsində baş verib. Məlumata görə, K.D. aralarında ədavət olan şəxsə gözdağı vermək üçün onun evinin qarşısına gələrək avtomatla havaya atəş açıb. Daxil olan məlumat əsasında Sarıyer Asayiş Büro Əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Ərazidə 5 ədəd boş patron gilzası aşkarlayan hüquq-mühafizə orqanlarının əməkdaşları çevrədəki təhlükəsizlik kameralarını incələyərək faktla bağlı araşdırmalara başlayıblar.