logo
logo logo
logo

Antik Misirin sirrini ortaya çıxaran KƏŞF

23:31 - 05 Oktyabr 2026

Antik Misirin sirrini ortaya çıxaran KƏŞF

Qədim Misirdə hökmdarların ölümündən sonra saray qulluqçularının, sənətkarların və digər xidmətçilərin də qurban edildiyini göstərən yeni dəlillər ortaya çıxıb. Son araşdırmalar xidmətçilərin hökmdarların məzarlarının ətrafında dəfn edildiyi barədə fərziyyəni daha da gücləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dakı Purdue Universitetində çalışan doktor Rozelin Kempbell araşdırması çərçivəsində Misirin Birinci Sülalə dövrünə aid hökmdar məzarlarının yerləşdiyi Abidos şəhərindəki Umm əl-Kaab nekropolunda aşkar edilmiş 46 kəllə sümüyünü tədqiq edib. Araşdırma zamanı həmin şəxslərdən 18-nin kəlləsində ölümcül sınıq və xəsarətlər müəyyənləşdirilib.

Sınıqların bir qisminin dəfn mərasimindən uzun müddət sonra yaranmış zədələr deyil, şəxslərin ölümünə yaxın vaxtda baş verməsi onların zorakılıq nəticəsində öldürülmüş ola biləcəyi ehtimalını gücləndirib.

Əldə olunan nəticələr göstərir ki, hökmdar məzarlarının ətrafındakı “ikinci dərəcəli məzarlarda” dəfn edilən şəxslərin ən azı bir qismi hökmdarın ölümündən sonra qurban edilmiş ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az