Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1997-ci il təvəllüdlü Şəhla Eyvaz qızı Qasımzadə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.