Sabirabad rayonunun ən ucqar kəndlərindən biri olan Sarxanbəylidə ötən ilin dekabrında baş vermiş hadisənin fəsadları hələ də aradan qaldırılmayıb.
Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət 2-ci Küryan kollektoru üzərində yerləşən körpüdən gedir.
Hətta hadisə nəticəsində pambıqyığan kombayn aşaraq su kanalına düşmüşdü. Artıq avqust ayı olmasına baxmayaraq sözügedən körpü qəzalı vəziyyətdə qalır. Bu isə sakinləri ciddi narahat edir. Onların sözlərinə görə, körpü uçduqdan sonra aidiyyəti qurumlar alternativ yolun çəkiləcəyini də bildirib.
Sakinlər deyirlər ki, bu körpü təkcə Sarxanbəyli kəndi deyil, bir neçə yaşayış məntəqəsinin əhalisi üçün həyati əhəmiyyət daşıyır. Şirvan və Salyan istiqamətinə getmək üçün məhz bu körpüdən istifadə edirdilər.
Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, körpünün bərpası üçün məlumat verilib və smeta da ayrılıb. Yaxın günlərdə ərziyə texnikalar gətirilərək körpünün tikintisinə başlanılacaq.
Ətraflı videomaterialda: