logo
logo logo
logo

"Zirə" "İmişli"ni məğlub etdi

22:48 - 22 Avqust 2026

\"Zirə\" \"İmişli\"ni məğlub etdi

Misli Premyer Liqasının II turunda "Zirə" evdə "İmişli"ni məğlub edib.


Manset.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə"nin heyətində 43-cü dəqiqədə Eren Aydın hesabı açıb. 80-ci dəqiqədə isə Ruan Renato fərqi artırıb. Komandanın 3-cü qolunu Davit Volkov 90+6-cı dəqiqədə vurub. "İmişli"nin yeganə qolunu isə Dioqo Almeyda 82-ci dəqiqədə rəqib qapısından keçirib.

Qeyd edək ki, turun bu gün baş tutan "Qəbələ" - "Şəfa" matçında qonaqlar 1:0 hesablı qələbə qazanıb. II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az