“BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023- cü il tarixli növbədənkənar iclası birmənalı olaraq Azərbaycanın daha bir qələbəsi kimi qiymətləndirilməlidir. Keçirilən dinləmələrdə bir daha müəyyən olundu ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan ibarət növbəti avantüradır. Rəsmi İrəvan növbəti dəfə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi və Laçın-Xankəndi yolunun beynəlxalq güclərdən istifadə edərək açılması üçün əlində olan bütün imkanları səfərbər etsə də, buna nail ola bilmədi. Ermənistan həm növbəti dəfə ciddi məğlubiyyətə uğradı, həm də beynəlxalq müstəvidə təsir imkanlarının tükəndiyini və dövlət olaraq iflas durumda olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.”
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Deputat bildirib ki, rəsmi İrəvan Təhlükəsizlik Şurasına müraciətinə hansısa bir zəmin yaratmaq üçün bir neçə ay ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədilə riyakar kampaniya aparıb: “İlk növbədə qeyd olunmalıdır ki, Ermənistanın riyakarlığını təsdiqləyən ən böyük sübut bu ölkənin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadığı halda, indi bu qurumdan yardım diləməsi faktının özüdür. Hərçənd bu, ermənilər üçün adi bir haldır. Lakin bu dəfə onlar öz niyyətlərinə nail ola bilmədilər. Qarabağda müvəqqəti mövcud olan separatçı rejimin və Ermənistanın gözləntilərinin əksinə olaraq, keçirilən müzakirələrdə iştirak edən dövlətlər nə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, nə qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, nə Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, nə də ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etdilər. Azərbaycanın daha bir uğuru da bu oldu ki, Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirilən iddiaların nəticə almaması, onun bu məsələləri bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi.”
K.Qafarov xüsusi olaraq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın tezislərinin heç bir dövlət tərəfindən dəstəklənməməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin bariz nəticələrindən biridir: “Əslində, TŞ-də keçirilən müzakirələrin nəticələri gözlənilən idi. Məsələ bundadır ki, Ölkə Prezidenti İlham Əliyevin məhz strateji düşüncəni ön planda tutaraq həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Ermənistanın son ümidlərinin də puça çıxmasını öncədən şərtləndirmişdi. Bundan başqa, möhtərəm dövlət başçımız dəfələrlə bəyan edib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan bütün sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları da məhz Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi və ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara “müstəqil Artsax” adlı dövlət qurumunun olmayacağını qəti şəkildə bildirdi və bununla da rəsmi İrəvanın manipulyasiyalarına aldanmadığını nümayiş etdirdi” .
“Ermənistan BMT-də növbəti fiaskoya uğradı” - Kamaləddin Qafarov
14:37 - 19 Avqust 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
20 May 2026 - 21:03
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 May 2026 - 09:44
Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
20 May 2026 - 22:52
Gənc müəllim vəfat etdi - FOTO
21 May 2026 - 14:00
Bakı-Tbilisi qatarı ilə gedənlərə XƏBƏRDARLIQ - Cərimələnə bilərsiniz
20 May 2026 - 23:43
“Biz çempion olmağa gəlirik” - Aziz Yıldırım
20 May 2026 - 22:16
Haluk Leventin vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
20 May 2026 - 23:32
Ərdoğandan Trampla danışıq haqqında AÇIQLAMA
21 May 2026 - 01:30
Z nəslinin "dəhşətli" hesab etdiyi köhnə valideyn qaydaları
20 May 2026 - 23:57
"EFES - 2026" təlimində gecə mərhələsi keçirildi - FOTOLAR
20 May 2026 - 23:54
ABŞ-dən İran tankerinə müdaxilə
20 May 2026 - 18:11
“Bakı Mexanizasiya Nəqliyyat” ASC-nin stendi ziyarətçilərin marağına səbəb oldu - FOTOLAR
21 May 2026 - 00:30
Kukurella "Çelsi"dən gedəcək?
Xəbər xətti
- 21 May 2026
- 17:36 Ankarada Əhliman Əmiraslanovun sədrliyi ilə iclas keçirildi - FOTOLAR
- 17:15 Dünya liderləri İlham Əliyevi təbrik edirlər
- 17:01 “İqlim və mənzil həllərinin birləşdirilməsi vacibdir” - Buşra Əhməd Abdi
- 16:43 Ombudsman Aparatı ilə AHİK arasında Memorandum imzalandı - FOTOLAR
- 16:32 “Əlilliyi olan şəxslər mənzil böhranından ən çox təsirlənən qruplardır” - GDF nümayəndəsi
- 16:10 Bakı-Tbilisi-Bakı qatar reysində siniflər üzrə QİYMƏTLƏR
- 15:54 CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görüldü
- 15:52 “Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb
- 15:49 “İnsan Hüquqları Aylığı” çərçivəsində “Sabah” FK-da təlim keçirildi
- 15:47 “WUF13 platforması gənclərə böyük imkanlar yaradır” - İndira Hacıyeva
- 15:17 Bakıda bu saatlarda intensiv yağış yağacaq
- 14:55 "Qarabağ"a Elvinə görə təklif gəldi - Milyonlar müzakirə olunur
- 14:20 BMT-nin Baş katibinin müavini Azərbaycana gəldi
- 14:00 Bakı-Tbilisi qatarı ilə gedənlərə XƏBƏRDARLIQ - Cərimələnə bilərsiniz
- 13:35 Makron İlham Əliyevə zəng etdi
- 13:10 Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
- 12:55 Tbilisi səfərində hansı imkanlar var? - Qiymətə daxil olan xidmətlər açıqlandı
- 12:31 AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı
- 12:28 "Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır" - Xalq yazıçısı
- 12:20 "Bakı–Tbilisi qatarlarının qiymətlərini 2019-cu illə müqayisə etmək doğru deyil"
- 11:42 Əli Vəliyev WUF13-də panel müzakirələrində iştirak edəcək
- 11:30 ETX əməkdaşı beynəlxalq platformada boşluq aşkarladı - FOTO
- 11:21 Kapital Bank “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
- 11:11 Azərbaycanda şagird ürəktutmasından vəfat etdi - FOTO
- 10:45 Türkiyədə bu məşhurlar saxlanıldı - SİYAHI
- 10:31 “Azərişıq” nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb - FOTO
- 10:19 “Kontakt”ın sosial layihəsi “Qızıl Alov” mükafatı qazandı
- 10:07 Bazar günü imtahan var
- 09:44 Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
- 09:24 Neftimizin bu günə olan QİYMƏTİ
- 09:10 "Yelo Bank"a sanksiya qoyuldu?
- 08:59 Bakının bir sıra yollarında TIXAC var
- 08:30 Yayda avtomobili sıradan çıxaran 5 təhlükəli səhv
- 08:00 Köhnə smartfonu çəkməcədə saxlamayın - Təhlükəlidir
- 01:30 Z nəslinin "dəhşətli" hesab etdiyi köhnə valideyn qaydaları
- 00:30 Kukurella "Çelsi"dən gedəcək?
- 20 May 2026
- 23:57 "EFES - 2026" təlimində gecə mərhələsi keçirildi - FOTOLAR
- 23:54 ABŞ-dən İran tankerinə müdaxilə
- 23:43 “Biz çempion olmağa gəlirik” - Aziz Yıldırım
- 23:37 “İranı təzyiq yolu ilə təslim olmağa məcbur etmək xəyaldır” - Pezeşkiandan Trampa sərt sözlər
- 23:32 Ərdoğandan Trampla danışıq haqqında AÇIQLAMA
- 23:29 Britaniya radiosu səhvən ölüm xəbərini yaydı - Üzr istədilər
- 23:12 ABŞ-İran danışıqlarının yeni raundunun tarixi AÇIQLANDI
- 22:52 Gənc müəllim vəfat etdi - FOTO
- 22:32 "Netanyahu mən nə istəsəm, onu edəcək" - Tramp
- 22:16 Haluk Leventin vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
- 21:57 "Qarabağ və Şərqi Zəngəzurda müasir və təhlükəsiz şəhər mühiti formalaşdırılır"
- 21:41 "WUF tədbirlərində əlilliyi olan şəxslərlə görüş xüsusi əhəmiyyət daşıdı" - Ombudsman
- 21:23 Vətən müharibəsi iştirakçısı icra başçısının müavini təyin olundu
- 21:12 Xəzərdə zəlzələ oldu
- 21:03 Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ