Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 1,92% azalaraq 69,88 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neftimiz ötən gün 71,25 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.